“Şarlott”dan tarixi rekord

“Şarlott” klubu NBA-də “Hüston Rokets”i 109:99 hesabı ilə məğlub edərək ardıcıl 8-ci qələbəsini qazanıb.

Allsport.az xəbər verir ki, bu, komandanın 1998/1999-cu illər mövsümündən bəri ən yaxşı sıralamasıdır. Matçda debütant Kon Knippel 24 xalla komandasına qələbə qazandırıb. Kevin Dürentin 31 xalı “Hüston”u məğlubiyyətdən xilas edə bilməyib.

Klubun mütləq rekordu 1997/1998-ci illər mövsümündəki ardıcıl 10 qələbədir.

Həmin kateqoriyadan