- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Boccia idman növü üzrə “Seni cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, yarışda 5 kateqoriya (BC1, BC2, BC3, BC4, BC5) və uşaq kateqoriyasında 100-ə yaxın idmançı iştirak edib.
Final yarışları həmin kateqoriyalar üzrə finala çıxan paralimpiyaçılar arasında keçirilib.
“Sərhədçi” idman olimpiya mərkəzində keçirilən çempionat beynəlxalq boccia təşkilatı BİSFED qaydalarına əsasən təşkil edilib.