- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 13-cü turunda “Qəbələ”nin qonağı olacaq “Simurq” hazırlıqları tamamlayıb. Allsport.az xəbər verir ki, ötən gün qarşılaşmanın keçiriləcəyi meydanda məşqə çıxan “Simurq” yağışlı havada bir saata yaxın çalışmaları davam etdirib.
Bundan sonra məskunlaşdığı oteldə istirahətə çəkilərək, oyunun start fitini gözləməyə başlayıb. İlk dövrədə doğma arenada “Qəbələ”yə məğlub olan Georgi Çixradzenin komandası bu qarşılaşmayada ciddi itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Murad Səttarlı və Vüqar Mustafayev səfərə komanda ilə birgə gətirilməyib. Onlar Zaqatalada qalaraq, fərdi hazırlıqları davam etdirib.
Qeyd edək ki, “Qəbələ” – “Simurq” matçı bu gün 17:15-də start götürəcək.