- Baxış sayı: 57
- 20 Mart 2026 10:10
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qadınlardan ibarət Azərbaycan komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə səfərdədir.
Allsport.az xəbər verir ki, o, qadınlardan ibarət birinci liqa klubu “Qaziantep Safir”in prezidenti Murad Qocaardıçın dəvəti ilə bu ölkəyə yollanıb və hazırda klub rəhbərinin xüsusi qonağı kimi komandanın düşərgəsində iştirak edir.
Siyasət Əsgərov səfər çərçivəsində “Qaziantep Safir”in məşqçilər korpusu ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır, məşq proseslərini yaxından izləyir və öz təcrübəsini həmkarları ilə bölüşür. O, 2022/2023-cü illər mövsümündə Türkiyənin “Fomget” qadın komandası ilə ölkə çempionluğunu qazanıb.
Baş məşqçi səfər zamanı “Qaziantep Safir”in martın 24-də “Haymana”ya qarşı keçirəcəyi pley-off qarşılaşmasını da stadiondan izləyəcək. Həmin oyunda Azərbaycan komandasının futbolçuları da üz-üzə gələcək. Belə ki, Coşqunə Əliyeva “Qaziantep Safir”in, Aysun Muradova isə “Haymana”nın heyətində çıxış edir. Matçın qalibi Türkiyə superliqasına vəsiqə qazanacaq.