- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.
Millinin heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.
Yığma bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.