- Baxış sayı: 59
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Stolüstü tennisçilər Şəbnəm Mansurova ilə Uğur Nəzərli Avropa gənclər yay olimpiya festivalında iştirak edəcəklər. Allsport.az xəbər verir ki, seçmə komandanın üzvləri bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə bacarıqlarını göstərəcəklər. Avropa gənclər yay olimpiya festivalının stolüstü tennis yarışları 22-26 iyulda Skopyedə keçiriləcək. Azərbaycan bu yarışda ümumilikdə 10 növ üzrə 52 idmançı ilə təmsil olunacaq.