- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0
Qafur Rəhimov AİBA prezidenti seçilib. Allsport.az saytı xəbər verir ki, Moskvada keçirilən konqresdə onun yeganə rəqibi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının qazaxıstanlı vitse-prezidenti Serik Konakbayev olub.
Bu ilin yanvarından prezident vəzifələrini icra edən özbəkistanlı mütəxəssis seçkidə 134 səsdən 86-nı toplayıb. Onun prezident səlahiyyətləri 2022-ci ilədək davam edəcək.
Toplantıda ölkəmiz ABF-in vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərovla təmsil olunub. Adı ilk çəkilən nümayəndəmiz növbəti 4 il üçün icraiyyə komitəsə üzvü seçilib. O, ardıcıl 3-cü dəfə ölkəmizi beynəlxalq qurumun icraedici orqanında təmsil edəcək.
Qeyd edək ki, icraiyyə komitəsinin AİBA-ya üzv olan 205 ölkədən 14 üzvü var.