- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xacavənd seçki dairəsindən namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülən Təbriz Quliyev bu gün seçiciləri ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, Sabunçu rayonu Ramana-450 qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində təşkil olunan görüşdə müəllimlər, ziyalılar, dövlət işçiləri və digər şəxslər iştirak ediblər. Təbriz Quliyev seçki platformasını açıqlayıb və seçiləcəyi təqdirdə görəcəyi işləri diqqətə çatdırıb.
O, vətəndaşların problemləri ilə daim maraqlanacağını və həmin problemlərin həlli üçün çalışacağını vurğulayıb. Görüşdə T. Quliyev seçiciləri narahat edən problemləri də dinləyib və onların suallarını cavablandırıb.