- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boks mərkəzində yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 50-yə yaxın komandadan 268 boksçu mübarizə aparıb. 6 gün davam edən rəqabətdə 2003-2004-cü il təvəllüdlülər arasında 13 çəkidə çempionlar bəlli olub.
Bunlar Nihat Ağakişiyev (46 kq, “Neftçi” İK), Zaur Qəhrəmanov (48 kq, “Zirvə” İK), Əli Ələsgərli (50 kq, “Neftçi” İK), Əsəd Ağayev (52 kq, DİN İC), Zəlimxan Süleymanov (54 kq, “Təhsil” RİM), Turğay Mirzəyev (57 kq, MOİK), Elməddin Ağayev (60 kq, Şirvan), İsa Novruzlu (63 kq, “Olimp”), Sayadulla Nəsirov (66 kq, “Zirvə” İK), Nurlan Qasımov (70 kq, “Qəbələ” İK), Rəmiş Cəfərov (75 kq, DİN İC), Cəfər Heydərli (80 kq, DİN İC) və Riad Nəzərovdur (+80 kq, “Təhsil” RİM).
Komanda hesabında “Təhsil” pespublika idman mərkəzi 1-ci, “Neftçi” idman klubu 2-ci, daxili işlər nazirliyinin idman cəmiyyəti 3-cü olublar. Nurlan Qasımov birinciliyin ən texnikalı boksçusu seçilib. Anar Nağdiyev ən yaxşı hakim, Bəhruz Kərimov (MOİK) ən yaxşı məşqçi nominasiyasında fərqləniblər.