- Baxış sayı: 39
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Milli mətbuat günü ilə əlaqədar bu gün milli antidopinq agentliyi tədbir təşkil etdi. Toplantının sonunda KİV arasında əyləncəli-intellektual viktorina keçirildi. Yarışmada 6 komanda – “Təmiz idman”, “Sağlam rəqabət”, “Ədalətli oyun”, “Dürüst idmançı”, “Dopinqə yox” və “Layiqli qələbə” iştirak etdi.
Gərgin mübarizədə adları ilk 2 çəkilən komandaların xalları eyni olduğu üçün, əlavə “qızıl xal” oynanıldı. Bu mərhələdə tərəflər 2 dəfə sualı düz cavab verdi. Nəticədə, təşkilatçılar qərara gəldilər ki, qalib 2 komanda olsun. Fərqlənənlərə “GoSport” idman mağazaları şəbəkəsi tərəfindən hədiyyə qəbzi təqdim edilib.
Fərəhlidir ki, “Təmiz idman”da qaliblər sırasında Allsport.az saytının baş redaktoru Kamran Hacı da vardı. Komandada digər həmkarlar – Sənan Şəfizadə (ATV), Tural Xuduyev (“Space” TV), Səxavət Quluyev (Azərtac.az) və Bəhruz Məmmədov (Estafet.az) yer almışdılar.