- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 63
- Noyabr 25, 2024
- 0
İdman araşdırmalar mərkəzinin “İlin qalibləri-2020” layihəsi çərçivəsində ilin “Döyüşkən idman xadimi” nominasiyasında qalib olan “Qəbələ” idman klubunun prezidenti Fariz Nəcəfov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, tədbirdə 2-ci Vətən müharibəsində keçdiyi savaş yolundan da danışıb:
“Müharibə barədə danışmıram. Bilirsiniz, belə ifadə etsək, əsirlikdə olan ailəmi, anamı xilas edirəmsə, nəsə deməyə ehtiyac görmürəm. Ailə üzvünü xilas edəndə danışırlarmı? Torpaqlarımızın işğaldan azad olmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Hamımızın şəhidlərə borcu var. Təsəvvür edin, Beyləqanda, Füzulidə peraşki satan yaşlı qadın belə, bizdən pul almırdı.
Deyirdim ki, formama baxma, imkanım var, ay ana. Deyirdi ki, bala, Allah sizi saxlasın, pul almaram. Hər bir vətəndaşa minnətdaram. Biz Ana Vətənimizi, anamızı işğaldan azad etmək üçün döyüşürdük. Allah şəhidlərimizə rəhmət etsin kəsin, qazilərimizə tezliklə şəfa versin”.