- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson “The Sun”a açıqlamasında rinqə qayıtmağı planlaşdırdığını açıqlayıb. Allsport.az xəbər verir ki, 53 yaşlı idmançı 4 raunddan ibarət xeyriyyə görüşündə iştirak edəcəyini bildirib.
Amerikalı boksçu özünü formaya saldığını və yarışa hazırlaşdığını deyib. Tayson əldə ediləcək gəlir ilə evsizlərə və narkotik asılılığı olan insanlara kömək edəcəyini vurğulayıb.