“Tim döyüşməmisinizsə, özünüzü kral hesab edə bilməzsiniz”

Avstraliyalı promouter Corc Rouz müştərisi rus əsilli avstraliyalı boksçu Tim Szünün yaxın idman planlarından danışıb. Allsport.az saytı xəbər verir ki, onun növbəti rəqibi İBF üzrə yeniyetmələr arasında orta çəkidə dünya çempionu, rusiyalı Bəhram Murtazəliyev olacaq. Döyüşün tarixi və yeri sentyabrın 5-dən əvvəl açıqlanacaq.

“Hazırda biz İBF kəməri uğrunda mübarizə aparmağa hazırlaşırıq. Titul Bəhram Murtazəliyevə məxsusdur. Sonra Tim üçün yeni rəqiblər axtaracağıq. Ancaq Tim Szü ilə döyüşməmisinizsə, özünüzü kral hesab edə bilməzsiniz. Çünki o, kiçik orta çəkidə kraldır”, – mütəxəssis açıqlayıb.

Həmin kateqoriyadan