Tokio-2020-də Fransanı təmsil edən azərbaycanlı

Tokio yay olimpiya oyunlarında yurd dışı milli komandalarının tərkibində əslən azərbaycanlı idmançılar da var. Allsport.az saytı xəbər verir ki, onlardan biri Fransanın boks yığmasında yer alan Murad Əliyevdir.

Bu barədə Yaponiya paytaxtında Azərbaycan nümayəndə heyətində yer alan gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verib:

“Olimpiadanın boks yarışlarında, +91 kq çəkidə Fransanı azərbaycanlı balası Murad Əliyev təmsil edəcək. Atası Ağdamdan, anası isə Bərdədən olan Murad Moskvada doğulub”.

O, Minsk-2019 2-ci Avropa oyunlarında gümüş medal qazanıb.

Həmin kateqoriyadan