- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Tokio-2020 XVI yay paralimpiya oyunlarının açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimində AMPK-in prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.
Keçiddən paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla, 19 nəfər keçib.
Komamdamız parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44-günlük müharibənin rəmzinə çevrilmiş Xarı bülbül nişanı ilə çıxıblar.
Milli paralimpiya komandası Tokio-2020-də 6 idman növündə 46 kateqoriyada rekord sayda – 35 idmançı ilə təmsil olunacaq. Yarışa ilk olaraq pauerliftinqçimiz Pərvin Məmmədov (26 avqust) qoşulacaq.