“Strandja”da 2 bokçumuz çempion oldu, Elvin finalda erməni rəqibini məyus etdi!

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirində finalçıların adları məlum olub. Allsport.az xəbər verir ki, həlledici döyüşlərdə milli komandamızın 3 üzvü – Elvin İsayev, Lorenzo Sotomayor və Yelena Vıstropova da iştirak edəcək.

60 kq çəki dərəcəsində mübarizə aparan İsayev yarımfinalda yerli boksçu Elian Dimitrovla qarşılaşmalı idi. Ancaq Bolqarıstan nümayəndəsi zədələndiyindən yarımfinal görüşünə çıxa bilməyib. Həmyerlimiz finalda Ermənistan idmançısı Samvel Barseqyanla üz-üzə gələcək. Gərgin keçən döyüşdə Elvin rəqibinə 2:1 qalin gəlib.

Lorenzo Sotomayor da (64 kq) mübarizəsiz finala vəsiqə əldə edib. Onun rəqibi bolqarıstanlı Ayrin ismetov riqnə çıxmayıb. Millimizin Kuba əsilli boksçusu finalda tam üstünlüklə özbəkistanlı Fazliddin Qaibnazarovu məğlub edib – 3:0.

Qadınların turnirində çıxış edən Yelena Vıstropova (64 kq) fərqli çəki dərəcəsində yarışmasına baxmayaraq, finala kimi irəliləyib. Avropa çempionu olan boksçumuzu həlledici görüşdə İsveç nümayəndəsi Aqnes Aleksiusson gözləyib. Təəssüf ki, təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada uduzub.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan