- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə “Strandja” turniri davam edir. Allsport.az xəbər verir ki, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub.
Onların arasında kişilərdən ibarət seçmə komandamızın iki üzvü var. Bundan başqa, bir qadın boksçumuz da yarımfinalda çıxış edəcək. Bu dəfə 64 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı Yelena Vıstropova ¼ finalda qazaxıstanlı Zarina Soloyeva üzərində qələbə qazanıb – 2:0. Milli komandamızın üzvü yarımfinalda ispaniyalı Miriyam Qutyerrezlə üz-üzə gələcək.
Anna Əlimərdanova (54 kq) ¼ finalda amerikalı Kristina Kruza uduzaraq, mübarizədən kənarda qalıb.
Leyla Cavadova da (75 kq) yarışla ¼ finalda vidalaşıb. Həmyerlimiz çinli Li Qiana məğlub olub – 0:3.
Kişilərin yarışında isə 2 boksçumuz – Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor (64 kq) turnirin medallarını özlərinə təmin ediblər. Sotomayor ¼ finalda Braziliya təmsilçisi Joedison de Xesus üzərində qələbə qazanıb – 3:0. Boksçumuz növbəti mərhələdə Bolqarıstan idmançısı Ayrin İsmetovla üz-üzə gələcək.
Elvin İsayev isə (60 kq) ¼ finalda Tayland boksçusu Saylom Ardeeni mübarizədən kənarlaşdırıb – 3:0. İsayev də yarımfinalda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Onu finala gedən yolda Elian Dimitrov gözləyir.