- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Üç çəki dərəcəsində dünya çempionu Vasili Lomaçenko (18-3, 12 KO) peşəkar karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, ukraynalı boksçu bu barədə sosial şəbəkə hesabında yazıb:
“Hər bir boksçunun həyatında elə bir vaxt olur ki, o əlcəklərini mıxdan asır. Bu, mənim üçün də gəlib çatıb.
Rinqdəki və həyatdakı bütün qələbələrə, uğursuzluqlara görə minnətdaram. Sevinirəm ki, karyeramın sonunda başa düşdüm ki, insan hansı istiqamətdə hərəkət etməlidir”.