- Baxış sayı: 32
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Rusiyanın Qroznı şəhərində Ahmed Kadırovun xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib. Allsport.az xəbər verir ki, yarışda Azərbaycan geniş tərkibli heyətlə təmsil olunur. Turnirdə “Gilan” və “Baku Fires” klubunun idmançıları mübarizə aparır. Yarışın ilk günündə 7 boksçumuz rinqə çıxıb.
52 kq çəki dərəcəsində çıxış edən Elnur Şəfizadə ilk görüşdə litvalı Marlus Visniauskas üzərində texniki nokautla qələbə qazanıb. Həmyerlimiz 1/4 finalda rusiyalı Çingiz Natırovla üz-üzə gələcək.
İman Əhmədli də (64 kq) turnirə qələbə ilə başlayıb. Boksçumuz Litvanın digər təmsilçisi Deyvidas Kliuçakası məğlub edib – 3:0. Milli komandamızın üzvü 1/4 finalda Belarus nümayəndəsi Aleksandr Vasilko ilə qarşılaşacaq.
64 kq çəki dərəcəsində digər təmsilçimiz Xəzər Əliyev ilkin mərhələdə özbəkistanlı Şaxram Qiyasova uduzub – 0:3.
Xəyyam Məmmədov (69 kq) məşqçilərin etimadını doğruldub. Boksçumuz almaniyalı Markel Orsingerdən güclü olub – 3:0. Məmmədovun 1/4 finalda rəqibi rusiyalı Maqsud Aşxanov olacaq.
Bu çəkidəki digər təmsilçimiz Pərviz Hüseynov özbəkistanlı Mahmud Qaipov üzərində qələbə qazanıb.
75 kq çəki dərəcəsində çıxış edən Saqi Salehli ilk görüşdə Almaniya idmançısı Vyaçeslav Spomerə uduzub.
Saqi Səmədov (+91 kq) isə ilk qarşılaşmada rusiyalı Cabrayıl İşxanova yenilib – 1:2.
100-ə yaxın idmançının mübarizə apardığı yarışa avqustun 23-də yekun vurulacaq.