- Baxış sayı: 78
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 98
- Fevral 08, 2026
- 0

Ukraynalı boksçu Maksim Zineviç antidopinq qaydalarını pozduğuna görə 10 il müddətinə diskvalifikasiya edilib.
Allsport.az xəbər verir ki, idmançının dopinq nümunəsində ostarin və liqandrol aşkar edilib.
Onun diskvalifikasiyası aprelin 30-dan hesablanır.
Bu ilin martında Zineviç 75 kq çəki dərəcəsində Ukrayna çempionatının qalibi olub.