- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 217
- Mart 26, 2026
- 0

“BoxingScene” nəşri 2024-cü ilin ən yaxşı boksçu adını açıqlayıb.
Allsport.az xəbər verir ki, bu ada ağır çəkidə dünya çempionu Aleksandr Usik (23-0, 14 KO) layiq görülüb. Usik mayda britaniyalı Tayson Fyurini məğlub edərək 1999-cu ildən bəri öz divizionunda ilk mütləq çempion oldu. Dekabrda idmançıların revanş görüşündə ukraynalı yenidən qalib gəlib.
Namizədlər arasında həmçinin Artur Beterbiyev (Rusiya), Bəhram Murtazəliyev (Rusiya), Cessi Rodriges (ABŞ), Daniel Dübua (Böyük Britaniya), Naoya İnoue (Yaponiya), Gilberto Ramires (Meksika), Oskar Kollazo (Puerto Riko), Cunto Nakatani (Yaponiya) və Nik Boll da (Böyük Britaniya) yer alıb.