Usik ilk pillədə

Nüfuzlu “The Ring” idman portalı çəki dərəcələrindən asılı olmayaraq planetin ən yaxşı boksçularının yenilənmiş reytinqini dərc edib.

Allsport.az xəbər verir ki, əvvəlki reytinqdə bir nömrə olan amerikalı Terens Krouford bu yaxınlarda karyerasını başa vurub. Nəticədə, ağır çəkili ukraynalı Aleksandr Usik siyahıda birinci yerə yüksəlib.

“The Ring”ə görə planetin ən yaxşı 10 boksçusu:

Aleksandr Usik (Ukrayna)
Naoya İnue (Yaponiya)
Cesse Rodriqes (ABŞ)
Dmitri Bivol (Rusiya)
Artur Beterbiyev (Rusiya)
Yunto Nakatani (Yaponiya)
Şakur Stivenson (ABŞ)
David Benavidez (ABŞ)
Devin Heyni (ABŞ)
Oskar Kollazo (ABŞ)

Həmin kateqoriyadan