Usik revanşda da qazandı

Londonda boks üzrə super ağır çəki dərəcəsinin mütləq dünya çempionu adı uğrunda döyüş keçirilib.

Allsport.az xəbər verir ki, “Uembli”də təşkil olunan görüşdə WBA, WBC və WBO kəmərləri üzrə dünya çempionu Oleksandr Usik İBF çempionu Daniel Dübua ilə qarşılaşıb.

Ukraynalı Usik 5-ci raundda rəqibini nokauta göndərib.

Bununla da, Usik mütləq dünya çempionu titulunu qoruyub.

Tərəflər arasında ilk döyüş 2023-cü ilin avqustunda keçirilib. Həmin qarşılaşmada da Usik qələbə qazanaraq mütləq dünya çempionu olub.

Həmin kateqoriyadan