Usiklə Dübua yenidən üz-üzə

Aleksandr Usik Uembli stadionunda Daniel Dübua ilə döyüşə bilər.

Allsport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Məlumata görə, Dübua növbəti döyüşdə Usikin ən çox ehtimal olunan rəqibidir.

Dübua fevralın 22-də Səudiyyə Ərəbistanında keçmiş dünya çempionu Cozef Parkerə qarşı titulunu müdafiə etməyi planlaşdırmışdı, lakin xəstəlik səbəbindən turnirdə iştirak edə bilmədi və nəticədə afrikalı Martin Bakole ilə əvəz olundu.

Usik və Dübua arasında ilk döyüş 2023-cü ilin avqustunda Polşada baş tutub və ukraynalının doqquzuncu raundda nokautla qalib gəlməsi ilə başa çatıb.

Həmin kateqoriyadan