- Baxış sayı: 121
- 04 Fevral 2026 22:23
- Baxış sayı: 208
- Fevral 04, 2026
- 0

“Yuventus”un baş məşqçisi Luçiano Spalletti “Qalatasaray”ın hücumçusu Mauro İkardinin kluba mümkün keçidi ilə bağlı şayiələrə son qoyub.
Allsport.az xəbər verir ki, mütəxəssis argentinalı forvardın istedadını yüksək qiymətləndirsə də, onun transferinin gündəmdə olmadığını bildirib.
Spalletti “İnter”də birgə çalışdıqları dövrü xatırlayaraq futbolçunu tənqid edib: “Mauro fantastik hücumçudur, amma o, paltardəyişmə otağına ailə problemlərini gətirirdi. Sanki kollektivlə yaşayırdı, amma başqa dünyaya açılan bir pəncərəsi var idi”.
Məşqçi həmçinin İkardinin artıq inkişaf etmədiyini və klubun başqa xüsusiyyətlərə malik oyunçu axtardığını vurğulayıb.



