- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət milli ilin ilk təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, komandamız Göygöl olimpiya idman kompleksində hazırlıq keçib. Baş məşqçi Vaqif Şirinov 26 nəfərin qatıldığı toplanışı dəyərləndirib:
“Toplanışda əsas məqsəd funksional hazırlığa yönəlmişdi. Demək olar ki, 70-80 faiz fiziki təmrinlər üzərində çalışdıq. Həmçinin taktiki-texniki məşqlərə də yer verdik. İlin ilk hazırlığının yüksək səviyyədə keçdiyini qeyd etməliyəm. Gündə 3 məşq edirdik və bu səbəbdən də düşərgədə olan boksçulardan istədiyimizi ala bildik. Döyüş hazırlığına gəlincə, bunun üzərində kifayət qədər işlədik və yarışdan-yarışa hər şeyin qaydasına düşəcəyinə inanıram. Ola bilsin, bəzi çəkilərdə dəyişiklik olsun. Lakin bütün bunlar beynəlxalq arenalardakı çıxışlardan asılı olacaq”.
O, hazırda boksçulara 2 günlük istirahət verildiyini də deyib. Onun sözlərinə görə, hazırlıq yanvarın 30-dan Bakıda davam edəcək: “Bu dəfə Boks Mərkəzində bir araya gələcəyik. Burada idmançıların sayının artması da istisna deyil. Məşqlərin gedişində bizi qarşıda gözləyən turnirlər üçün heyətlər də dəqiqləşəcək”.
Qeyd edək ki, boksçularımız fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərində və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirdə güclərini yoxlayacaqlar.