- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ümumdünya Boks Şurasının 55-ci konvensiyası məhsuldar şəraitdə keçdi. Burada gözləmədiyimiz yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Hamımız Bakıdan xoş təəssuratla ayrılacağıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü mətbuat konfransında WBC-nin prezidenti Maurisio Süleyman dedi. Qonağın bildirdiyinə görə, Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkə oldu:
“Rio-2016-da ölkənizlə maraqlanmağa başladıq. Olimpiya oyunlarında uğurlarınız bizi Azərbaycana daha tez çəkdi. Qərara gəldik ki, 55-ci konvensiya Bakıda təşkil olunsun. Azərbaycanın mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Toplantının gedişində geniş tərkibdə ökə prezident İlham Əliyevlə görüşdük.
Onda böyük xarizma, insanlıq gördük. Özü də idmana yaxın adamdır, Milli Olimpiya Komitəsinin rəhbəridir. İlham Əliyev Peşəkar Boks Federasiyasının yaradılması barədə göstəriş verib. Ümid edirəm ki, ən azı, 3 il sonra Azərbaycan boksçularından çempionluq gözləyirik. Gələn il WBC üzrə çempionluq kəməri uğrunda görüşlərdən biri burada keçiriləcək”.