- Baxış sayı: 41
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Rusiyanın Xabarovsk şəhərində Sovet ittifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə 12-ci beynəlxalq boks turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa 19 ölkədən 150 nəfər qatılıb.
10 kişi və 5 qadın çəkiləri arasında keçirilən tədbirdə bizdən Ümid Rüstəmov (57 kq) gümüş, Mirşərif Kazımzadə (75 kq) bürünc medal qazanıb.
Uzaq Şərqdə tək idmançılarımız fərqlənməyib. Beynəlxalq dərəcəli hakim Fuad Aslanov yarışın “ən yaxşı hakimi” adına və Xabarovsk boks federasiyasının təşəkkürnaməsinə layiq görülüb.

