- Baxış sayı: 40
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 31
- Dekabr 05, 2025
- 0

Üç ay bundan öncə gözündən əməliyyat olunan Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov (75 kq) məşqlərə başlayıb. Allsport.az xəbər verir ki, həkimlər hələ ki, boksçumuza yalnız fərdi şəkildə hazırlaşmağa icazə veriblər.
Onun sparinqlərdə iştirakına qadağa qoyulub. Fevralda Musalovun gözü bir daha müayinə olunacaq və onun yarışlarda iştirakı ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, millimizin üzvü bu səbəbdən oktyabrda Qətərdə keçirilən dünya çempionatından da kənarda qalmışdı. Musalov özünü yaxşı hiss etdiyini və yenidən rinqə qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib.