Xırdalanda yeni boks zalı

Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.

Allsport.az xəbər verir ki, açılış mərasimində Azərbaycan boks federasiyasının baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak ediblər.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

Nağı Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.

Həmin kateqoriyadan