- Baxış sayı: 38
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Fevralın 22-də Xocalı soyqrımının 33-cu ildönümü ilə əlaqədar olaraq Türkiyədən gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.
Allsport.az xəbər verir ki, ənənəvi ekstremal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib.
Sonda tədbirin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib, yürüş iştirakçılarına fəxri fərman təqdim olunub.
Naxçıvan muxtar respublikası gənclər və idman nazirliyinin təşkilatçılığı, ekologiya və təbii sərvətlər, fövqəladə hallar (FHN), səhiyyə nazirlikləri və turizm departamentinin dəstəyi ilə reallaşan yürüşdə Türkiyə dağçılıq federasiyasının xətti ilə müxtəlif klubları təmsil edən 17 alpinist iştirak edib. Təşkilatçı qurum əməkdaşları və media nümayəndələri ilə birgə yüksəkliyə ümumilikdə 34 nəfər qalxıb.
Əlavə edək ki, günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən yürüş iştirakçıları saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru hərəkət ediblər. Hava şəraitinin yaratdığı çətinliklərə və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.