- Baxış sayı: 31
- 25 Noyabr 2024 21:51
- Baxış sayı: 92
- Noyabr 25, 2024
- 0
26 fevral – Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası anım mərasimi təşkil edib. Allsport.az saytı xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə rektor Fuad Hacıyev, akademiyanın elmi şura üzvləri, ASAPES-SABAH qrupun tələbələri və tədrisi ingilis dilində aparılan proqramlar üzrə magistrantlar iştirak ediblər.
Toplantını giriş sözü ilə akademiyanın mətbuat xidmətinin rəhbəri, eləcə də Azərbaycan idman jurnalistləri federasiyasının prezidenti olan Qabil Mehdiyev açıb və Xocalı soyqırımının xalqımızın tarixində ən kədərli günlərindən biri olduğunu qeyd edib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film təqdim olunub.
Sonra söz tələbələrə verilib. Onlar ermənilərin bu qanlı cinayəti haqqında öz fikirlərini bölüşüblər. Ardınca akademiyanın rektoru Fuad Hacıyev tələbələrə qanlı yaddaşımız və qəhrəmanlıq tariximiz barədə danışıb. O, Azərbaycan tarixinin keşməkeşli dövrləri barədə faktlarla zəngin söhbətini ADBTİA-nın əməkdaşlar və tələbələri böyük maraqla dinləyiblər. Tədbirin sonunda rektor tələbələrin Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb.