Yeni fəaliyyətlər barədə müzakirə

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin yanında ictimai şuranın təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə nazir gənclər təşkilatlarını Novruz bayramı münasibətilə təbrik edib, təşkilatların fəaliyyəti, dəstək mexanizmi, gənclər üçün imkanlar və yeni fəaliyyətlər barədə müzakirələr aparılıb.

Görüşdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, gənclər və idman nazirliyi yanında ictimai şuranın sədr müavini Ramin Həbibzadə və dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi İnsafəli Səmədov da iştirak ediblər.

Həmin kateqoriyadan

azenrutr