“Yeni trendlər və gənclər” mövzusunda III forum

Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində “Yeni trendlər və gənclər” mövzusunda bloqçular, kontent yaradanlar və jurnalistlərin III forumu keçirilib.

Allsport.az xəbər verir ki, Bakı kristal zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış bloqçular və jurnalistlər iştirak ediblər.

Tədbirdə sosial şəbəkələrin gənclərin həyatında və formalaşmasında mühüm rol oynadığını qeyd edən gənclər və idman naziri Fərid Qayıbov sosial media sahəsində mövcud vəziyyəti forum iştirakçıları ilə müzakirə edib, onların fikirlərini dinləyib.

Maraqlı ideya və təkliflərlə çıxış edən bloqçular və jurnalistlər onları narahat edən məsələlər barədə fikirlərini bölüşüblər.

Həmin kateqoriyadan