- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Yeniyetmə boksçulardan ibarət milli Avropa birinciliyinin hazırlıqlarına start verib. Allsport.az saytı xəbər verir ki, komandamız baş məşqçi Vaqif Kazımov, köməkçiləri Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi ilə Bakı boks mərkəzində toplaşıb.
Gündə 2 dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçularımız toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Seçmə ardınca Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Yığma Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır. Yyeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.