- Baxış sayı: 41
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Yeniyetmə boks millisi mayın 20-24-də Özbəkistanın Fərqanə şəhərində keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, komandamız turnirə baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi ilə yollanacaq.
Heyətdə Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Murad Seyidli (60 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyev (70 kq) yer alıblar.
Turnirdə Fikrət Hacıyev hakimlər arasında yer alacaq. Milli Vətənə mayın 26-da qayıdacaq.