Yeniyetmə boksçular İtaliyada qitə birinciliyində

Sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində yeniyetmə boksçuların Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığmamız birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi ilə Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) çıxış edəcəklər.

Qızlardan ibarət milli komanda isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Yarışda ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar.

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında həmyerlimiz Anar Babanlı da yer alacaq.

Qeyd edək ki, yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq.

Həmin kateqoriyadan