- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2001-2002-ci il təvəllüdlü yeniyetmə boksçular arasında açıq paytaxt birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 158 idmançı çıxış edib.
Gərgin mübarizədə Rüfət Fətullayev (44 kq), Maksud Xasmetov (46 kq), Murad Zeynalov (48 kq), Murad Mirzəyev (50 kq), Rəşid Həsənov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Nicat Tağızadə (63 kq), Rüfət Nəbiyev (66 kq), Ziya Rəhimli (70 kq), Murad Allahverdiyev (75 kq), Adil Vəliyev (80 kq) və Vüqar Səmədov (+80 kq) 1-ci yer tutublar.
İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.