- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçuların beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.
Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi oğlanlardan ibarət komandada Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) 1-ci, Tacı Nəsibov (50 kq) 2-ci olub.
Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət seçmədə Emili Rzayeva (70 kq) qızıl, Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) gümüş mükafata yiyələniblər.