- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Belarusun Jabinka şəhərində yeniyetmə boksçuların beynəlxalq turnirdə Azərbaycan millisi 7 medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) bürünc mükafata yiyələniblər.