- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində Əli Zamanov ( 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allsport.az saytı xəbər verir ki, o, həlledici görüşdə İngiltərə boksçusu Jo Makqraili 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) üstələyib.
Baş məşqçi Vaqif Kazımovun komandasından növbəti qızıl medalı Murad Allahverdiyev (80 kq) qazanıb. Boksçumuz rlandiyalı Patrik Myersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) məğlub edib.
Əhməd Əhmədov (+80 kq) bir gün öncə yarımfinalda macarıstanlı Levent Kissə yenilərək 3-cü yeri tutmuşdu.