Yeniyetmə boksçularımız Avropa birinciliyində mübarizəyə başlayır

Bu gün Bolqarıstan Albena şəhərində yeniyetmə boksçuların Avropa birinciliyi başlayacaq. Allsport.az saytı xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi tam heyətlə mübarizə aparacaq.

Ölkəmizi baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Əlzamin Səlimov (54 kq), Elşən Cəbizadə (57 kq), Fərid İsmayıllı (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Murad Allahverdiyev (75 kq), Adil Vəliyev (80 kq) və Vüqar Səmədov (+80 kq) təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyə 32 ölkədən 260 boksçu qatılacaq.

Həmin kateqoriyadan