Yeniyetmə boksçularımız “Heydər Əliyev kuboku”nda 15 medal qazanıb

Abşeron olimpiya idman kompleksində yeniyetmə boksçuların “Heydər Əliyev kuboku” başa çatıb. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan və Qırğızıstan milliləri güclərini yoxlayıblar.

Komandamız turnirdə 4 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıb. Nicat Hüseynov (48 kq), Zaur Qəhrəmanov (50 kq), Turqay Mirzəyev (57 kq) və Cəfər Heydərli (80 kq) bütün rəqiblərini üstələyiblər.

Yalnız finalda uduzan Səid Abdullayev (48 kq) və Əli Gözəlov (52 kq) 2-ci yer tutublar. Digər boksçularımızdan Nicat Ağakişiyev (46 kq), Samin Qasımov (48 kq), Fəqan Məmmədov (50 kq), Qasım Qasımov (52 kq), Elmar Abbasov (54 kq), Cavid Şahbazbəyli (57 kq), Nicat Qurbanov (60 kq), Fərid İmaməliyev (63 kq) və Səyadulla Nəsirov (66 kq) bürünc medal qazanıblar.

Bu nəticə ilə Azərbaycan komanda hesabında 1-ci olub. Özbəkistan 2-ci, Ukrayna 3-cü olub. Qaliblərə diplom və kubok verilib. 63 kq-da döyüşən qazaxıstanlı Toxtasin Babaxanov yarışın ən texnikalı boksçusu seçilib.

Həmin kateqoriyadan