- Baxış sayı: 38
- 24 Aprel 2025 20:32
- Baxış sayı: 74
- Aprel 24, 2025
- 0
Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi ilə 13 idmançı ilə yollanacaq.
Bunlar Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovdur (+85 kq).
Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.