Yeniyetmə boksçularımızdan 2 qızıl, 2 gümüş və 7 bürünc medal

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan boksçuları yüksək nailiyyətləri ilə fərqləniblər.

Federasiyanın Boks mərkəzində keçirilən yarışda Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İsrail, İran, Macarıstan, Özbəkistan, Monteneqro və Xorvatiya boksçuları da mübarizə aparıblar.

İdmançılar ümumilikdə 13 çəki dərəcəsində qalib və mükafatçıları müəyyən ediblər. 48 kq çəkidə mübarizə aparan Gəncə boks məktəbinin yeitrməsi Nəbi İsgəndərzadə finalda gürcüstanlı Mamuka Abuladzeni məğlub edərək yarışın qızıl medalına sahib olub. İsgəndərzadə eyni zamanda turnirin ən texnikalı idmançısı üçün nəzərdə tutulan xüsusi mükafata da layiq gölüb.

52 kq çəkidə yarışan təmsilçimiz Elşən Cəbizadə isə rusiyalı İlya Popova qalib gələrək baş mükafatın sahibi olub. 57 kq-da çəkidə yarışan Nicat Həsənov və çəkisi 50 kq-a dək olan idmançılar arasında Məhərrəm Məhərrəmzadə yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Ümumilikdə,ə Azərbaycan boksçuları 2 qızıl, 2 gümüş və 7 bürünc medalla yarışı komanda hesabında 2-ci yerdə başa vurublar. Onlar yalnız rusiyalılardan geri qalıblar. İlk üçlüyü isə daha bir güclü komanda, Qazaxıstan boksçuları qapayıb.

Həmin kateqoriyadan