- Baxış sayı: 60
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada gimnaziada idman oyunları start götürəcək.
Allsport.az xəbər verir ki, 7 gün davam edəcək multi-idman yarışında yeniyetmə paralimpiyaçılarımız da mübarizə aparacaqlar.
Məktəblilər arasında təşkil olunacaq gimnaziadada ölkəmizi yeniyetmə paraüzgüçülərimiz və paracüdoçularımız təmsil edəcəklər.
Paraüzgüçülərimizdən Əli Vəliyev və Nurcan Rüstəmli, paracüdoçularımızdan isə Tahir Əlizadə (60 kq), Ömər Qurbanov (61 kq), Elxan Nəbizadə (66 kq), Hüseyn İsmayılzadə (64 kq), İlham Əzizzadə (82 kq), Elnarə Nizamlı (56 kq), İlahə Əzizzadə (65 kq) və Nurlana Məmmədova (72 kq) gimnaziadada iştirak edəcəklər.