- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 221
- Mart 26, 2026
- 0
Rio-2016-dan sonra boks millimizdə dəyişikliklər baş verib. Allsport.az saytının xəbərinə görə, yığmanın 4 əsas heyət üzvü həvəskar boksla vidalaşmağa qərar verib. Avropa oyunlarının qalibi olan 30 yaşlı Albert Səlimov (60 kq) hələ 31-ci Yay olimpiya oyunlarından öncə bəyan etmişdi ki, bu “dördillik”dən sonra rinqi tərk edəcək.
2-qat dünya çempionu, London-2012-nin və Bakı-2015-in bürünc medalçısı, 30 yaşlı Məhəmmədrəsul Məcidov (+91 kq) da Riodan gedəcəyini eyham vurmuşdu. Digər 2 təmsilçimiz isə Rio-2016-nın gümüş mükafatçısı, 31 yaşlı Lorenzo Sotomayor (64 kq) və Bakı-2015-in qalibi, 28 yaşlı Abdulqadir Abdullayevdir (91 kq).