- Baxış sayı: 53
- 12 Noyabr 2024 22:33
- Baxış sayı: 53
- Noyabr 12, 2024
- 0
8 Noyabr – Zəfər Günündə COP-29 münasibətilə fləşmob keçirilib. Allsport.az saytı xəbər verir ki, Abşeron milli parkında “Sağlam gələcək üçün gənclər” (Y4HF) adlı tədbirdə gənclər və idman nazirliyi, ekologiya və təbii sərvətlər nazirliyi və YUNİSEF-in “Gənc iqlim elçiləri” proqramının iştirakçıları, ölkəmizin olimpiya və dünya mükafatçıları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli, YUNİSEF-in Azərbaycan nümayəndəsi Saca Faruq Abdulla, Anqolanın gənclər və idman nazirinin ölkəmizdə səfərdə olan müavini Paulo Rodriqes da Silva, Beynəlxalq su katibliyinin layihə meneceri Noemiye Plumyer və su səfiri Marta Zaraqoza Navarro çıxış ediblər.
Sonra tədbir iştirakçıları Abşeron Milli Parkının “Şah dili” adlanan ərazisinədək yürüş ediblər. Tədbir “We are Water” (“Biz suyuq”) fləşmobu ilə başa çatıb.