Zamiq Atakişiyev peşəkar rinqdə debütünü nokautla ilə qeyd edib

Boksçu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. Allsport.az saytı xəbər verir ki, idmançımız ilk döyüşünü Latviya paytaxtında keçirib. Ağır çəki dərəcəsində çıxış edən təmsilçimiz “Riqa Arena”da təşkil olunan gecədə rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib.

6 raund davam etməli olan görüş vaxtından əvvəl bitib. Artıq ilk hissədə rəqibinə tutarlı zərbələr vuran Zamiq Atakişiyev 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib. O, debütü haqda belə deyib: “Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi”.

Həmin kateqoriyadan