- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

Azərbaycanın peşəkar boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı idmançı Moskvada keçirilən görüşdə belaruslu Viktor Çvarkovla qarşılaşıb.
Ağır çəkidə 6 raunddan ibarət keçən mübarizədə qələbə bizə verilib. Bu, rinq ustasının peşəkar karyerasında 2-ci uğurudur.
O, iyulun 31-də keçirdiyi ilk döyüşdə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.